Ana Sayfa > Parlament / Karusel > Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı
Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı18-05-2017, 11:39. Yazar: admin |
Mayın 12-də Bakıda itkin düşən 12 yaşlı uşaq tapılıb. Uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 17-də Nardaran qəsəbəsindən tapılıb: "Nardaranda uşağın nənəsi yaşayır. Mayın 17-də axşam saatlarında Amil nənəsinin evinə gedib. Məlum olub ki, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib". Qeyd edək ki, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 12-də səhər saatlarında anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb. Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla oxuduğu Bakıxanov Olimpiya Liseyinə yola salıb. Lakin uşaq liseyə getməyib. AİA.az Geri dön |