Finala yüksələn karateçimiz: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm"
Tarix: 13-05-2017 | Saat: 12:55
Bölmə:İdman | çapa göndər
"Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm". B unu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn karateçimiz Fəridə Abiyeva deyib.
61 kq çəki dərəcəsində yarışan F.Abiyeva bildirib: "Mən artıq finaldayam və bu gün iranlı idmançı ilə mübarizə aparacağam. Bugünkü qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm. Allahın köməyi ilə bu gün qızıl medal qazanacağıq".
Yarımfinalda özbək karateçi Barno Mirzəyeva ilə döyüşünü şərh edən idmançımız bildirib ki, bu görüşə xüsusi əhvali-ruhiyyə ilə çıxmışdı:
"Bundan əvvəl onunla iki dəfə qarşılaşmış və məğlub olmuşdum. Ona görə də bu döyüşə aqressiv əhvali-ruhiyyədə çıxmışdım".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024