3 ölkənin İslamiadadan imtinasının səbəbi açıqlandı
Tarix: 11-05-2017 | Saat: 16:40
Bölmə:İdman / Karusel | çapa göndər
""IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 30-dək ölkədən federasiya prezidentləri və rəhbər şəxslərinin iştirakı gözlənilir”.
Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mərasimdə digər ölkə prezidentlərinin iştirakı təsdiqlənməyib.
"Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir”.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar 3 ölkənin oyunlarda iştirak etməməsinin səbəblərini izah edib.
"Məlum olduğu kimi, Liviya və Sudanda daxili problemlər yaşanır və onlar iştirak etməyəcəkləri barədə rəsmi məktub göndərdilər. Küveyt Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsi ilə yaşadığı problem səbəbindən oyunlarda iştirakdan imtina etdi. Biz maliyyə baxımından islam ölkələrinə oyunlarda iştirak etmək üçün köməkliklər edirik”.(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024