Mobil versiya
Çingiz Abdullayev: Bədii gimnastika incəsənətə yaxın olan idman növüdür
Tarix: 28-04-2017 | Saat: 15:56
Bölmə:İdman | çapa göndər

Çingiz Abdullayev: Bədii gimnastika incəsənətə yaxın olan idman növüdür



Bədii gimnastika incəsənətə yaxın olan idman növüdür.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan gimnastlarını izləməyə gəlmiş yazıçı Çingiz Abdullayev deyib.

O, bədii gimnastikanın maraqlı idman növü olduğunu da deyib: “Mən həmişə demişəm ki, futbol, hokkey, boks kimi idman növlərində hər şey konkretdir – qol vurmaq və ya rəqibi nokauta göndərmək lazımdır. Amma bədii gimnastika, fiqurlu konkisürmə, sinxron üzgüçülük kimi növlər incəsənətə, musiqiyə yaxındır. Bu, çox maraqlı idman növüdür”.

O istisna etməyib ki, gələcəkdə öz kitablarında gimanstika ilə bağlı mövzulardan istifadə edə bilər.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024