Küveytə dron hücumu – İran müharibə ssenarisindən şübhələnir
Tarix: 27-11-2026 | Saat: 21:17
Bölmə:Özəl | çapa göndər

İranın xarici işlər naziri Abbas Əraqçi Küveytə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu şübhəli hadisə adlandırıb.
Diplomat “X” sosial şəbəkəsindəki paylaşımında hadisənin yeni müharibəyə zəmin yaratmaq üçün hazırlanmış ssenariyə bənzədiyini bildirib.
Əraqçi Tehranın hücumun səbəblərinin müəyyənləşdirilməsi üçün Küveyt və İtaliya hakimiyyəti ilə birgə araşdırma aparmağa hazır olduğunu vurğulayıb.
İran XİN rəhbəri italiyalı və küveytli həmkarları ilə telefon danışığı zamanı həlak olan İtaliya vətəndaşları ilə bağlı başsağlığı verib.
Əraqçi İrana qarşı irəli sürülən ittihamları əsassız adlandıraraq Tehranın hadisədə iştirakını qəti şəkildə təkzib edib.
İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi də ölkəsinin regionda hər hansı hücum əməliyyatı həyata keçirmədiyini bildirib.
Xatırladaq ki, Küveyt Müdafiə Nazirliyi daha əvvəl İrana məxsus olduğunu bildirdiyi pilotsuz uçuş aparatının hücumu nəticəsində iki İtaliya vətəndaşının həlak olduğunu, daha iki nəfərin isə yaralandığını açıqlayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı tərəflərin açıqlamaları ziddiyyət təşkil edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026