Vaşinqtonda İran rəhbərliyinə qarşı yeni əməliyyat müzakirə olunur
Tarix: 27-11-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranın yüksək vəzifəli rəhbərlərinə qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalı nəzərdən keçirilir.
Bu barədə ABŞ-ın “NBC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, administrasiyanın bəzi rəsmiləri İran rəhbərliyindəki sərt xətt tərəfdarlarına qarşı hərbi zərbələrin Tehranın mövqeyini zəiflədə biləcəyini düşünürlər. Lakin Donald Tramp hələlik yekun qərar verməyib.
ABŞ Dövlət Departamentinin vətəndaşlarını İranı tərk etməyə çağırması da bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb.
Hərbi ekspert Ramil Məmmədlinin fikrincə, İranın ali rəhbəri Müctəba Xameneinin öldürülməsi ölkənin idarəetmə sistemində ciddi problemlər yarada bilər. Lakin bu, hakimiyyət sisteminin dərhal süqut edəcəyi anlamına gəlmir.
Ekspert hesab edir ki, İranın siyasi sistemi ayrı-ayrı şəxslərdən daha çox ideoloji və institusional əsaslar üzərində qurulub.
Onun sözlərinə görə, yeni hərbi əməliyyatlar İranın daha sərt idarəetmə modelinə keçməsinə, regional münaqişənin genişlənməsinə və mülki əhali arasında itkilərin artmasına səbəb ola bilər.
Ramil Məmmədli Vaşinqtonun əsas strateji məqsədlərinin İranın nüvə potensialını məhdudlaşdırmaq, regional təsir imkanlarını azaltmaq və siyasi-iqtisadi təzyiqlərlə danışıqlarda güzəştlərə nail olmaqdan ibarət olduğunu düşünür.
Hələlik Müctəba Xameneiyə qarşı konkret hərbi əməliyyatın təsdiqləndiyi barədə məlumat yoxdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026