Mobil versiya
Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq – İLK DƏFƏ
Tarix: 19-11-2026 | Saat: 10:06
Bölmə:Ölkə | çapa göndər

Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq –

Bakıda ilk dəfə avtobusların hərəkəti üçün nəzərdə tutulan xüsusi svetofor quraşdırılacaq.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə xüsusi svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində mövcud “L” tipli dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların xüsusi hərəkət zolaqları ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ö.Xıdırov bildirib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanları nəzərdən keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə