Ana Sayfa > Ölkə > Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlama
Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlamaBu gün, 09:14. Yazar: vasif |
![]() Noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub. aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. “Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb”, – açıqlamada bildirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Geri dön |