Mobil versiya
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
Tarix: 09-11-2026 | Saat: 18:16
Bölmə:Dünya | çapa göndər

Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib


ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydidən Vaşinqtonla Tehran arasında vasitəçilik etməsini istəyib.

“aia.az” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp ilə telefon danışığı zamanı İraqın Baş naziri İranla dialoqun bərpasına dair bir sıra təşəbbüslər irəli sürüb. ABŞ lideri təkliflərlə razılaşaraq əz-Zeydidən danışıqlar prosesinə qoşulmasını xahiş edib.

Məlumata görə, telefon danışığından sonra İraqın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens artıq ikinci həftədir İranla münaqişənin başa çatdırılması istiqamətində danışıqlar aparır.

Xatırladaq ki, noyabrın 7-də Tramp Tehranla təmasların olduğunu təsdiqləsə də, həmin gün ABŞ hərbçiləri Hörmüz boğazındakı Qəşm adasında İranın zenit-raket qurğusuna zərbə endiriblər. Vaşinqton hücumun adadan ABŞ qırıcısına doğru raket buraxılmasına cavab olduğunu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-11-2026