Göydəniz Qəhrəmanov: "Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi hadisədir"
Tarix: 09-11-2026 | Saat: 17:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan xalqı Dövlət Bayrağı Gününü milli qürur, dövlətçilik ənənələrinə sədaqət və əminlik hissi ilə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilmiş və Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci ilin aprel ayınadək dövlət rəmzi kimi istifadə edilən bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra rəsmi statusunu itirsə də, xalqımızın milli yaddaşında yaşamaqda davam etmişdir.”
Bu sözləri 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat qeyd edib ki, Üçrəngli bayrağımızın dövlətçilik tariximizə qayıdışı xalqımızın müstəqillik mübarizəsinin mühüm mərhələlərindən biri oldu: “1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Ardınca Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın respublikanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti müvafiq Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Həmin il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan tarixi yolun həlledici mərhələsi oldu. Qırx dörd gün davam edən döyüşlərdə Azərbaycan Ordusu işğal altındakı şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi, hər yeni Qələbə ilə Dövlət Bayrağımızın doğma torpaqlarımızda dalğalanmasını təmin etdi. Bu gün bayrağımız ölkəmizin bütün ərazisində, şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə əzəmətlə dalğalanır.”
Daha sonra Parlament üzvü 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə AzərbaycanınDövlət Bayrağını ucaltmasının xalqımızın yaddaşına əbədi həkk olunan tarixi hadisəyə çevrildiyini vurğulayaraq bunları deyib: “Bu addım ölkəmizin suverenliyinin bütün ərazimizdə bərpa olunmasının rəmzi ifadəsi olmaqla yanaşı, milli qürurumuzu daha da yüksəltdi.
Ulu Öndər Heydər Əliyev bayrağın milli birliyin təmin edilməsindəki rolunu vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu çağırışın mahiyyəti Azərbaycanın müasir tarixində öz təsdiqini tapdı. Xalqımız müqəddəs bayrağımızın altında, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dəmir yumruq kimi formalaşdı, torpaqlarımızın işğaldan azad olunmasına və dövlət suverenliyimizin tam bərpasına nail oldu. Dövlət Bayrağı bizim kimliyimiz, xalqımızın həmrəyliyinin və müstəqil dövlətimizin gücünün rəmzidir.” – deyə, Göydəniz Qəhrəmanovfikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər