Mobil versiya
5,7 milyarddan 15 milyarda: Azərbaycan-Türkiyə iqtisadiyyatında nələr dəyişəcək?
Tarix: 09-11-2026 | Saat: 17:33
Bölmə:İqtisadiyyat | çapa göndər

5,7 milyarddan 15 milyarda: Azərbaycan-Türkiyə iqtisadiyyatında nələr dəyişəcək?


Azərbaycan-Türkiyə münasibətləri siyasi və hərbi müttəfiqliklə yanaşı, iqtisadi sahədə də yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki görüşündə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi əsas istiqamətlərdən biri kimi diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollara çatıb. Tərəflərin qarşısında isə bu göstəricini 15 milyard dollara yüksəltmək hədəfi dayanır.

Bəs bu hədəfə hansı iqtisadi mexanizmlərlə nail olmaq mümkündür?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyətini bu cür dəyərləndirib:

"Türkiyə ilə Azərbaycan arasında mövcud olan siyasi, hərbi, iqtisadi, mədəni və digər əlaqələrin təməlində iki ölkənin tarixi bağlılığı və hər kəsə məlum olan qardaşlıq münasibətləri dayanır. Bu qardaşlıq digər sahələrdə olduğu kimi, iqtisadi istiqamətdə də əlaqələrin dərinləşməsinə, o cümlədən ticarət dövriyyəsinin artmasına imkan yaradır. Bu gün Türkiyə iqtisadiyyatına dünyada ən çox investisiya yatıran ölkələr arasında Azərbaycan birinci yerdədir. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə də Türkiyə ilk sırada dayanır. Başqa sözlə, Azərbaycan Türkiyə iqtisadiyyatına böyük həcmdə investisiya yatırıb və bu rəqəm 21 milyard dolları ötür. Eyni zamanda, iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq hədəfi müəyyənləşdirilib. Lakin son dövrlərdə müəyyən dalğalanmalar baş verib və təəssüf ki, ticarət dövriyyəsi hələ də nəzərdə tutulan 15 milyard dollarlıq həddə çatmayıb. Çünki Preferensial Ticarət Sazişinin imzalandığı dövrdə ticarət dövriyyəsinin artım dinamikası indiki göstəricilərlə müqayisədə daha yüksək idi. Bununla belə, düşünürəm ki, perspektivdə bu hədəfə çatmaq mümkün olacaq. İki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi qeyri-real hədəf deyil. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması bu göstəricinin nəzərdə tutulan səviyyəyə çatmasına əsas stimul verən amillərdən biri olacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-11-2026