ABŞ Ukrayna müharibəsini bitirmək üçün yeni plan hazırlayır – Kuşner detalları açıqladı
Tarix: 05-11-2026 | Saat: 20:23
Bölmə:Özəl | çapa göndər

ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaqla yanaşı, gələcəkdə yeni hərbi qarşıdurmaların qarşısını alacaq təhlükəsizlik sisteminin yaradılmasını hədəfləyir.
Bu barədə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner X sosial şəbəkəsində paylaşım edib.
Kuşner bildirib ki, Trampın göstərişi ilə Vaşinqton davamlı sülhün əldə olunması istiqamətində fəal iş aparır.
“Biz təkcə bu dəhşətli müharibəyə son qoymağa deyil, həm də döyüşlərin dayandırılmasından sonra yenidən başlamamasını təmin etmək üçün lazım olan daha geniş təhlükəsizlik arxitekturasına diqqət yetiririk”, – deyə o vurğulayıb.
Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski və komandasının danışıqlarda konstruktiv iştirakını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, ABŞ Ukrayna tərəfinin sülhə aparan yolun tapılması istiqamətində səylərini yüksək dəyərləndirir.
Məlumata əsasən, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi gözlənilir.
Danışıqlarda Vaşinqtonu Cared Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffun təmsil edəcəyi bildirilir.
Vitkoffun açıqlamasına görə, ABŞ bu həftə Brüsseldə NATO müttəfiqləri ilə də məsləhətləşmələr aparmağı planlaşdırır.
Görüşlərdə əsas müzakirə mövzuları Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri və Avropada müharibədən sonrakı təhlükəsizlik sisteminin formalaşdırılması olacaq.
Vaşinqtonun əsas məqsədi mümkün sülh razılaşmasının yalnız döyüşləri dayandırması deyil, həm də regionda uzunmüddətli sabitliyin təmin edilməsinə şərait yaratmasıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026