Mobil versiya
ABŞ-nin yeni hərbi bazası gündəmdə – Polşa prezidenti təcili iclas çağırdı
Tarix: 28-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-nin yeni hərbi bazası gündəmdə – Polşa prezidenti təcili iclas çağırdı



Polşa Prezidenti Karol Navrotski ölkənin təhlükəsizliyi ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Milli Təhlükəsizlik Şurasının qapalı iclasını çağırıb.

Noyabrın 3-də keçiriləcək toplantının əsas mövzularından biri Polşa ərazisində ABŞ Silahlı Qüvvələri üçün daimi hərbi bazanın yaradılması olacaq.

Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, yerli vaxtla saat 15:00-da başlayacaq iclasda ölkənin cari təhlükəsizlik məsələləri və Amerika hərbi qüvvələrinin daimi yerləşdirilməsi perspektivləri müzakirə ediləcək.

ABŞ-nin Polşada daimi hərbi baza yaratması NATO-nun şərq cinahında hərbi mövcudluğunun gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər.

Hələlik bazanın tikintisi ilə bağlı yekun qərarın qəbul edilib-edilmədiyi və layihənin mümkün icra müddəti barədə əlavə məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026