Ermənistanı ağır iqtisadi zərbə gözləyir? – Paşinyandan təcili xəbərdarlıq
Tarix: 22-10-2026 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində ciddi problemlər yarandığını açıqlayıb.
Oktyabrın 22-də hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, Ermənistanın ittifaqdan kənarlaşdırılması ilə bağlı təhdidlər mövcuddur.
Baş nazirin sözlərinə görə, ölkədə iqtisadi fəallıq müşahidə edilsə də, Aİİ ilə münasibətlərdə yaranan çətinliklər hökumətin qarşısında duran əsas məsələlərdən biridir.
Məlumata əsasən, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin hazırladığı hesabatda Ermənistanın ittifaqda iştirakının müvəqqəti dayandırılması ehtimalı nəzərdən keçirilir.
Sənəddə belə bir qərarın Ermənistanın xarici ticarətinə ciddi təsir göstərə biləcəyi proqnozlaşdırılır.
Hesablamalara görə, ölkənin Aİİ üzvləri ilə ticarət dövriyyəsi 55 faizdən, həmin ölkələrə ixracı isə 65 faizdən çox azala bilər. İttifaq ölkələrindən idxalın da təxminən yarıya enəcəyi ehtimal edilir.
Hələlik Ermənistanın Aİİ-də iştirakının dayandırılması barədə yekun qərar açıqlanmayıb. Göstərilən rəqəmlər mümkün ssenari üzrə proqnozlardır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026