Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yeni mərhələsi
Tarix: 13-10-2026 | Saat: 10:56
Bölmə:Siyasət | çapa göndər

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və strateji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionda əməkdaşlıq imkanlarının genişlənməsində yeni mərhələ açıb. Prezident İlham Əliyev çıxışında bu qərara görə həmkarlarına təşəkkürünü bildirib, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Qeyd olunub ki, ötən il Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu göstərici qarşılıqlı iqtisadi münasibətlərin genişləndiyini və tərəfdaşlıq üçün yeni imkanların yarandığını nümayiş etdirir. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin real nəticələrini əks etdirir.
Prezident İlham Əliyev birgə investisiya layihələrinin həyata keçirilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Onun çıxışında səsləndirilən əsas yanaşmalardan biri yalnız ticarət əlaqələrini artırmaq deyil, həm də birgə istehsal imkanlarını genişləndirmək və beynəlxalq bazarlara birlikdə çıxmaqdır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış investisiya fondlarının potensialından daha səmərəli istifadə olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Çıxışda nəqliyyat və logistika sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biri kimi ön plana çəkilib. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Dəniz limanlarının, dəmir yollarının, avtomobil yollarının və hava limanlarının inkişafı regionun beynəlxalq bazarlara çıxış imkanlarını artırır. Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi isə Azərbaycanı Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevirən amillərdəndir.
Prezident İlham Əliyev çıxışında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə də toxunub. Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çatdırılması ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər bərpaolunan enerji sahəsində yeni perspektivlər açır. Xəzər dənizinin dibi ilə fiber-optik kabellərin çəkilməsi və “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi də regional inteqrasiyanın müasir texnologiyalar əsasında inkişafına xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Çıxışda dostluq, qardaşlıq və mənəvi yaxınlıq münasibətlərinin əhəmiyyəti də xüsusi vurğulanıb. Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr bu həmrəyliyin konkret nümunəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmliyini göstərir.
Dövlət başçısı regional əməkdaşlığın davamlı inkişafı üçün sülhün, təhlükəsizliyin və siyasi-iqtisadi sabitliyin vacibliyini də diqqətə çatdırıb. Bu amillər birgə layihələrin həyata keçirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və region ölkələrinin beynəlxalq iqtisadi münasibətlərdə mövqelərinin möhkəmləndirilməsi üçün əsas şərtlərdəndir.
Azərbaycanın 2027-ci ildə Məşvərət görüşü formatında ilk dəfə sədrlik edəcək olması da qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu məsuliyyət ölkəmizin regional dialoqun inkişafına, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına töhfə verməsi baxımından əhəmiyyətlidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin VIII Məşvərət görüşündəki çıxışı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əks etdirir. Siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və enerji əlaqələrinin genişləndirilməsi, rəqəmsal infrastrukturun inkişafı regional tərəfdaşlığın əsas dayaqlarıdır. Ortaq maraqlara, qarşılıqlı hörmətə və etimada əsaslanan bu əməkdaşlıq Azərbaycanla Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər