Azərbaycan-Kamboca münasibətləri: siyasi dialoqdan əməli tərəfdaşlığa doğru
Tarix: 13-10-2026 | Saat: 10:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlığın qurulması yalnız siyasi dialoqun mövcudluğu ilə məhdudlaşmır. Bu münasibətlərin davamlı inkişafı qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsini, iqtisadi əlaqələrin genişləndirilməsini, humanitar təmasların gücləndirilməsini və əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsini tələb edir. Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat da Azərbaycan–Kamboca münasibətlərinin məhz bu istiqamətlər üzrə inkişafı üçün mövcud imkanları aydın şəkildə ortaya qoydu.
Dövlət başçısı bəyanatında iki ölkənin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılığa gəldiyini vurğuladı. Bu yanaşma Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla əlaqələrin inkişafına, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsinə verilən əhəmiyyətin növbəti təzahürüdür.
İqtisadi potensialın reallaşdırılması əsas hədəfdir
Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hazırda aşağı səviyyədə olduğunu bildirməklə yanaşı, Baş nazirin səfərindən sonra bu sahədə ciddi canlanma gözlədiyini vurğuladı. Dövlət başçısının sözlərindən aydın olur ki, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradəyə və konkret addımlar atmaq niyyətinə malikdirlər. Bu istiqamətdə birgə işçi qrupunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Qrupun ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olması mövcud imkanların araşdırılmasına, qarşılıqlı maraqların müəyyənləşdirilməsinə və işgüzar əlaqələrin sistemli şəkildə inkişafına xidmət edə bilər.
Bakıda keçirilən biznes forum da bu baxımdan mühüm platformadır. Hər iki ölkənin şirkətlərinin iştirakı sahibkarlara qarşı tərəfin bazarı, iqtisadi prioritetləri və investisiya imkanları ilə yaxından tanış olmaq fürsəti verir. Coğrafi məsafə müasir kommunikasiya vasitələrinin və birbaşa biznes əlaqələrinin mövcud olduğu şəraitdə əməkdaşlığa həlledici maneə sayılmamalıdır. Əsas məsələ məlumat çatışmazlığını aradan qaldırmaq, tərəfdaşlar arasında davamlı əlaqələr qurmaq və müəyyən edilmiş imkanları konkret layihələrə çevirməkdir. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq iqtisadi münasibətlərin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir. Bu sahələrdə irəliləyiş yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də yeni işgüzar əlaqələrin və uzunmüddətli tərəfdaşlıqların yaranmasına şərait yarada bilər.
Səfər çərçivəsində üç sənədin mübadiləsi də əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bunlara ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş, eləcə də ticarət və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi daxildir. Bu sənədlər iqtisadi və humanitar əlaqələrin inkişafı üçün hüquqi və təşkilati imkanları genişləndirir.
Təhsil və rəqəmsal xidmətlər yeni əməkdaşlıq istiqamətləridir
Azərbaycanla Kamboca arasında münasibətlərin möhkəmlənməsi təkcə siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmamalıdır. Xalqlar arasında ünsiyyətin genişlənməsi, təhsil və təcrübə mübadiləsi, gənclərin qarşılıqlı təmasları da uzunmüddətli tərəfdaşlığın mühüm dayaqlarıdır. Prezident İlham Əliyev sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının vacibliyini qeyd etdi. Qarşılıqlı təhsil imkanlarının yaradılması tələbələrə yeni bilik və təcrübə qazandırmaqla yanaşı, iki ölkə arasında humanitar əlaqələrin inkişafına da töhfə verə bilər. ADA Universiteti ilə Kambocanın müvafiq diplomatik təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında sənədin mübadiləsi bu istiqamətdə atılan konkret addımlardan biridir.
Azərbaycanın “ASAN xidmət” modeli də Kambocada maraq doğurur. Prezidentin bəyanatında qeyd olunduğu kimi, bu sistem yüksək səmərəliliyi və Azərbaycan cəmiyyətində qazandığı, təqribən 100 faizə yaxın müsbət qiymətləndirmə ilə seçilir. Azərbaycanın dost ölkələrlə bölüşdüyü bu təcrübə dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun gücləndirilməsi baxımından faydalı ola bilər.
Parlamentlərarası əlaqələr və regional əməkdaşlıq
Azərbaycan və Kamboca parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi qanunverici orqanlar arasında dialoqun inkişafına şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də bu əlaqələrin əhəmiyyətini göstərir. Asiya, xüsusilə Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını artırır. Parlamentlərarası təmaslar qanunvericilik təcrübəsinin öyrənilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlavə imkanlar açır.
Mina təhlükəsi ilə mübarizədə təcrübə mübadiləsi
Prezident İlham Əliyevin bəyanatında Azərbaycanla Kambocanın üzləşdiyi ortaq problemlərdən biri - mina təhlükəsi də xüsusi yer tutdu. Hər iki ölkənin bu sahədə təcrübə mübadiləsi aparması, bilik və praktiki bacarıqları bölüşməsi, təlimlərin təşkili insan həyatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Mina təhlükəsi yalnız insan həyatı və sağlamlığı üçün risk yaratmır, eyni zamanda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, infrastruktur layihələrini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını çətinləşdirir. Bu baxımdan, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq, müasir metodların tətbiqi və praktiki təcrübənin paylaşılması mühüm humanitar əhəmiyyət daşıyır. Ortaq problemlərin müzakirəsi onların həlli üçün qarşılıqlı faydalı yanaşmaların müəyyənləşdirilməsinə də kömək edə bilər.
Sülhün əsası beynəlxalq hüquq və suverenlikdir
Dövlət başçısının bəyanatında sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmasının vacibliyi də vurğulandı. Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Prezidentin bildirdiyinə görə, həmin ərazilərdə artıq 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin – azad edilmiş torpaqlarda təhlükəsiz və davamlı həyat şəraitinin yaradılmasının həyata keçirildiyini göstərir. Eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyi xarici siyasətinin əsas prinsiplərindən biri olaraq qalır.
Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı da qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar əsasında qurulan əməkdaşlıqdan asılıdır. Baş nazir Hun Manetin səfəri zamanı əldə olunan razılaşmaların əhəmiyyəti onların sonrakı mərhələdə necə həyata keçirilməsindən asılı olacaq. İndi əsas məsələ siyasi dialoqu iqtisadi və humanitar sahələrdə konkret layihələrlə möhkəmləndirmək, biznes dairələri arasında əlaqələri genişləndirmək və müəyyən edilmiş prioritetlər üzrə ardıcıl fəaliyyət göstərməkdir.
Əminəm ki, Azərbaycanla Kamboca arasında formalaşan əməkdaşlıq imkanlarından məqsədyönlü istifadə olunması iki ölkənin münasibətlərinə yeni məzmun qazandıra, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın daha da genişlənməsinə xidmət edə bilər.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər