Mobil versiya
Ermənistanda saxlanılan hərbçimiz nələr danışdı? - DETALLAR
Tarix: 13-10-2026 | Saat: 10:36
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ermənistanda saxlanılan hərbçimiz nələr danışdı? -

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilib.

aia.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Ermənistanın “Joqhovurd” qəzetinin məlumatına görə, Musayev dindirilmə zamanı erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını deyib.

O, qadından dəfələrlə onu buraxmasını istədiyini, lakin qadının silahını götürdüyünü iddia edib.

Qəzetin məlumatına əsasən, Nəsimi Musayev yazılı ifadəsində hadisə zamanı qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü də bildirib.

Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanda, Zəngəzurun Şəki kəndində saxlanılıb. Ermənistanın məlumatına görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2026