Qusarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinə həsr olunmuş müşavirə keçirilib -Fotolar
Tarix: 09-10-2026 | Saat: 16:19
Bölmə:Ölkə | çapa göndər

Heydər Əliyev Mərkəzində baş tutan müşavirədən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndiririlib
Müşavirənin işində YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azər Badamov, VIII Qurultayın nümayəndələri, partiya fəalları və Ərazi Partiya Təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov açaraq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən, Qurultayda müəyyənləşdirilən yeni vəzifələrdən və qarşıdakı dövrdə yerli təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulan məsələlərdən danışıb. O, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi mühüm siyasi mesajların yerli təşkilatların fəaliyyətində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Azər Badamov çıxış edərək VIII Qurultayın ölkənin yeni tarixi mərhələsində mühüm siyasi hadisə olduğunu qeyd edib.O, dövlət siyasətinin müxtəlif istiqamətləri, əhalinin sosial təminatının gücləndirilməsi, əməkhaqlarının və sosial ödənişlərin artırılması, insanların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Deputat ölkənin iqtisadi potensialının gücləndirilməsi və əldə olunan uğurların sosial siyasətdə öz əksini tapmasının əhəmiyyətini vurğulayıb.
Müşavirədə VIII Qurultayın nümayəndələri Lamiyə Abdullayeva və Bahaddin Osmanov çıxış edərək Qurultayla bağlı təəssüratlarını bölüşüblər. Çıxışlarda dövlətin həyata keçirdiyi gənclər və qadın siyasətinin əhəmiyyətindən, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakından, onların qarşısında açılan imkanlardan və partiya fəaliyyətində iştirakın daha da artırılmasının vacibliyindən danışıblar.
YAP Qusar rayon təşkilatının uzun illər ictimai əsaslarla sədr müavini olmuş, partiya fəaliyyətində öz mövqeyi və ictimai fəallığı ilə seçilən Nadirşah Şirinov edərək, siyasi varisliyin və ənənələrin qorunmasının, eyni zamanda yeni mərhələnin tələblərinə uyğun fəaliyyətin vacibliyindən söz açıb.
Müşavirədə VIII Qurultaydan irəli gələn vəzifələr, yerli təşkilatların qarşısında duran yeni hədəflər və partiya fəaliyyətinin müasir tələblər əsasında daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə öz işini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər