Mobil versiya
Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
Tarix: 08-10-2026 | Saat: 21:41
Bölmə:Ölkə | çapa göndər

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama


“Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb”.

“aia.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Bu dəhşətli hadisə minaların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam edən ölümcül və ayrı-seçkilik qoymayan təhlükəsini bir daha nümayiş etdirir.

Azərbaycan minaların yaratdığı davamlı təhlükəni kəskin şəkildə pisləyir və beynəlxalq ictimaiyyəti Azərbaycandakı minadan təmizləmə fəaliyyətinə daha böyük diqqət ayırmağa çağırır”, - deyə paylaşımda bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026