Ana Sayfa > Ölkə > Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlamaDünən, 21:41. Yazar: vasif |
![]() “Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb”. “aia.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. “Bu dəhşətli hadisə minaların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam edən ölümcül və ayrı-seçkilik qoymayan təhlükəsini bir daha nümayiş etdirir. Azərbaycan minaların yaratdığı davamlı təhlükəni kəskin şəkildə pisləyir və beynəlxalq ictimaiyyəti Azərbaycandakı minadan təmizləmə fəaliyyətinə daha böyük diqqət ayırmağa çağırır”, - deyə paylaşımda bildirilib. Geri dön |