Mobil versiya
Bakı-2015 medalçılarına verilən çantada nə var? - VİDEO
Tarix: 26-06-2015 | Saat: 09:33
Bölmə:İdman / Seçilənlər-3 / Manşet | çapa göndər


Hamının marağına səbəb olan çanta açıldı.

Bir neçə gündən sonra Azərbaycanın paytaxtında keçrilən möhtəşəm idman bayramı sona çatır.

Aia.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, yarışların bitməsinə iki gün qalsa da, Azərbaycan medal siyahısında 46 medalla ikinci yerdədir. Bu medaalardan 15-nin əyarı qızıldır.

I Avropa Oyunlarında qələbə qazanan idmançılara verilən medallar öz dizaynı ilə seçilir. Lakin bu idman bayramında ən çox diqqət çəkən məqamlardan biri də idmançılara medalla yanaşı verilən kiçik çanta olub. Çoxları bu çantanın nə məqsədlə hazırlandığı ilə maraqlanıblar. Bəziləri bunun medalın qabı, bəziləri isə hədiyyə oduğunu düşünürdü.

Lakin bu məsələyə bu gün ANS-in efirində "Günə Baxan" verilişində aydınlıq gəldi. Boks yarışlarında Azərbaycana ilk bürünc medalı qazandıran Tayfur Əliyev çantanı açaraq içindəkini göstərnmək üçün aparıcı Elgizə təqdim edib.
Nəticədə bəlli olub ki, çantada medal və onun qabı yerləşdirilib.

Boksçumuz oyun təssüratlarını da bölüşüb. O, bürünc medal qazanmasını isə belə əsaslandırıb:


“Mən yığma komandaya bu ildən qatılmışam. Heç mənim yaşım çatmırdı ki, I Avropa Oyunlarında iştirak edim. 1 ildir ki, komandadayam. Heç kim məndən medal gözləmirdi. Buna baxmayaraq yarışa ancaq qızıl medal üçün gəlmişdim. Amma təcrübəmin az olması burada özünü aydın şəkildə göstərdi. Rəqiblərim də çox güclü oldu. Onlar yaş baxımından da məndən böyük idilər. Mən fəxr edirəm ki, Azərbaycan boksçularından ilk bürünc medalı qazandım”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə