Dövlət Suverenliyi Günü -uğurlu siyasətin nəticəsi
Tarix: 18-09-2026 | Saat: 17:41
Bölmə:Siyasət | çapa göndər

Müasir dünya siyasətində hər bir dövlətin mövqeyi və beynəlxalq çəkisi, ilk növbədə, onun öz ərazisi üzərində suveren hakimiyyətini tam şəkildə təmin etməsi ilə ölçülür. Dövlət sərhədlərinin toxunulmazlığının qorunması, ərazi bütövlüyünün təmin edilməsi, ölkənin bütün ərazisində konstitusion idarəçiliyin bərqərar olması müstəqil dövlətçiliyin başlıca şərtləridir. Azərbaycanın son illərdə keçdiyi tarixi mərhələ bu prinsiplərin real və praktik müstəvidə təmin edilməsinin ən mühüm nümunələrindən birini ortaya qoyur. Bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü sadəcə təqvimə əlavə olunmuş əlamətdar tarix deyil, Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yeri olan mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü xalqımızın uzun illər ərzində apardığı mübarizənin və göstərdiyi qətiyyətin məntiqi nəticəsini özündə əks etdirir. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqı tarixinin müxtəlif dövrlərində ciddi sınaqlardan keçməsinə baxmayaraq, dövlətçilik düşüncəsinə və müstəqillik amalına sadiqliyini qoruyub saxlamış, öz dövlətini yaşatmaq və müdafiə etmək iradəsini hər zaman nümayiş etdirmişdir. Bu gün qəhrəman hərbçilərimizin, şəhidlərimizin canı və qanı hesabına bərpa olunmuş ərazi bütövlüyü və tam dövlət suverenliyi xalqımızın əldə etdiyi ən böyük milli nailiyyətlərdən biri hesab olunur.
Ermənistanın təxminən otuz il ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olan siyasətin bariz nümunəsi idi. Torpaqlarımızın işğal edilməsi, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşməsi, şəhər və kəndlərin dağıdılması, Azərbaycanın tarixi və mədəni irsinə qarşı genişmiqyaslı vandalizm aktlarının törədilməsi yalnız ölkəmizin deyil, beynəlxalq hüquq prinsiplərinin də ciddi şəkildə pozulması ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin uzun illər ərzində icrasız qalması isə mövcud beynəlxalq hüquq mexanizmlərinin real nəticə vermədiyini göstərirdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi isə yaranmış vəziyyətin dəyişməsində həlledici mərhələ oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi Zəfər əldə etdi. İşğal altında qalan ərazilərin əhəmiyyətli hissəsi hərbi yolla azad edildi, digər rayonlar isə üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Azərbaycana qaytarıldı. Bununla da ölkəmiz uzun illər ərzində icrası təmin olunmayan beynəlxalq hüquq normalarının həyata keçirilməsini öz iradəsi və hərbi-siyasi gücü hesabına reallaşdırdı.
Azərbaycanın tam suverenliyinin təmin olunması istiqamətində növbəti mühüm mərhələ 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda dövlət nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə baş verdi. Bu addım Azərbaycanın öz dövlət sərhədlərinə nəzarəti bərpa etməsinin, qanunsuz hərbi təchizat və daşımaların qarşısının alınmasının, eləcə də dövlət hakimiyyətinin həmin ərazilərdə ardıcıl şəkildə təmin edilməsinin mühüm göstəricisinə çevrildi. Bunun ardınca 2023-cü il sentyabrın 19-da başlayan və cəmi bir gün davam edən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası baxımından həlledici nəticə verdi. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatçı fəaliyyətə son qoyuldu və Azərbaycan Respublikasının Konstitusiya quruluşu ölkənin bütün ərazisində bərpa edildi.
Hazırda Azərbaycan tam suveren dövlət kimi yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoyub. Ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi potensialın genişləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi tam suverenlik şəraitində daha möhkəm və davamlı əsaslar üzərində həyata keçirilir. Dövlət Suverenliyi Günü də məhz bu reallığın ifadəsi olmaqla yanaşı, milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin, müstəqil qərarvermənin və Azərbaycanın gələcək inkişafına olan inamın mühüm rəmzi kimi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026