Dini həmrəylik regionda davamlı sülhün mühüm dayağıdır
Tarix: 17-09-2026 | Saat: 13:48
Bölmə:Siyasət | çapa göndər

Bakıda eyni günlərə təsadüf edən iki mühüm tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təsadüfi hadisə kimi qəbul edilə bilməz. Mövzu baxımından fərqli istiqamətləri əhatə edən bu tədbirlərin ortaq məğzini mənəvi dəyərlər, qarşılıqlı dialoq, anlaşma və həmrəylik təşkil edir. Prezident İlham Əliyevin nümayəndə heyətinin üzvləri ilə görüşündə bu məqamı xüsusi qeyd etməsi Azərbaycanın Türk dünyası və İslam coğrafiyası ilə münasibətlərdə dialoq və qarşılıqlı əməkdaşlığa verdiyi önəmi bir daha göstərir. Seyid Yəhya Bakuvinin zəngin irsinin dini liderlərin toplantısının gündəliyi ilə eyni müstəvidə təqdim olunması da xüsusi diqqət çəkir. XV əsrdə yaşayan böyük mütəfəkkirin yaradıcılığı Azərbaycan fikir tarixinin zənginliyini əks etdirən mühüm mənəvi mənbələrdən biridir. Nizami Gəncəvidən Xaqani Şirvaniyə, Nəsimidən Füzuliyə qədər Azərbaycan torpağının yetişdirdiyi böyük şair və mütəfəkkirlərin irsi xalqımızın yalnız tarixi keçmişini deyil, həm də onun zəngin dünyagörüşünü və fəlsəfi düşüncə ənənəsini nümayiş etdirir. Bu irsin beynəlxalq müstəvidə təbliği Azərbaycanın mədəni və mənəvi yaddaşının daha geniş auditoriyalara çatdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın coğrafi və tarixi mövqeyinə xüsusi diqqət yetirməsi də mühüm məna daşıyır. Azərbaycan bir tərəfdən Türk dünyasının ayrılmaz tərkib hissəsi, digər tərəfdən isə Qafqazın mühüm dövlətlərindən biridir. Ölkənin bu özünəməxsus mövqeyi müxtəlif coğrafiyaları və mədəni mühitləri bir araya gətirən platforma kimi çıxış etməsinə geniş imkanlar yaradır. Bakıda keçirilən tədbirlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri ilə yanaşı, Qafqazdan və digər müsəlman dövlətlərindən dini nümayəndələrin iştirak etməsi bu imkanın praktik ifadəsidir. Belə geniş iştirak formatı dini dialoqun coğrafiyasını genişləndirməklə yanaşı, müxtəlif icmalar və ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə də şərait yaradır.
Burada digər mühüm məqam İslam həmrəyliyinin yalnız bəyanatlar səviyyəsində deyil, real təşəbbüslər və konkret tədbirlər vasitəsilə gücləndirilməsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bu istiqamətdə fəal mövqe nümayiş etdirib. 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları da bunun nümunələrindən biridir. Sözügedən tədbir yalnız idman yarışları ilə məhdudlaşmayaraq, müsəlman ölkələri arasında ünsiyyətin, həmrəyliyin və qarşılıqlı əlaqələrin möhkəmləndirildiyi platforma kimi də yadda qalıb. Bu baxımdan Bakının bu gün müxtəlif dini və mədəni tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın uzunmüddətli diplomatik və humanitar təşəbbüslərinin davamı kimi qiymətləndirilə bilər.
Dini liderlərin bir araya gəlməsi, aktual məsələlər ətrafında fikir mübadiləsi aparması, sülh, əməkdaşlıq, qarşılıqlı hörmət və həmrəylik kimi dəyərləri ön plana çıxarması cəmiyyətlər arasında münasibətlərin inkişafı üçün mühüm mənəvi zəmin yaradır. Din xadimlərinin ictimai nüfuzu onların səsləndirdiyi sülh və anlaşma çağırışlarının daha geniş auditoriyalara çatdırılmasına imkan verir. Bu baxımdan dini dialoq yalnız dini çevrələr daxilində deyil, daha geniş ictimai müstəvidə də qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verə bilər.
Beləliklə, Bakıda iki mühüm tədbirin eyni vaxtda keçirilməsi Azərbaycanın tarixi-mədəni irsini müasir beynəlxalq dialoq mühiti ilə birləşdirən bütöv mənzərə formalaşdırır. Seyid Yəhya Bakuvinin irsi əsrlərdən gələn zəngin mənəvi düşüncə xəttini, dini liderlərin toplantısı isə həmin dəyərlərin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma kimi müasir prinsiplərlə əlaqələndirilməsini ifadə edir. Prezident İlham Əliyevin yanaşmasında diqqət çəkən əsas məqam da məhz bundan ibarətdir: Azərbaycan öz tarixi, mədəni və mənəvi irsinə söykənərək Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir.
Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər