Azərbaycan xalqının tarixi Zəfər qələbəsi bütün Türk və İslam dünyasının qürur mənbəyidir
Tarix: 17-09-2026 | Saat: 10:38
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri, Seyid Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyəti ilə keçirdiyi görüşdəki nitqi sıradan bir rəsmi qəbul deyil, həm bölgəmizin, həm də Türk-İslam dünyasının gələcək inkişaf xəttini müəyyən edən dərin məzmunlu proqram xarakterli çıxışdır. Çıxışda yer alan hər bir fikir, irəli sürülən hər bir tezis müasir dünyadakı geosiyasi reallıqların, mənəvi-dənizi dəyərlərin və tarixi ədalətin parlaq təcəssümüdür.
Bakıda eyni vaxtda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və XV əsrin böyük mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi böyük rəmzi və strateji mənaya malikdir. Nizamidən, Xaqanidən, Nəsimidən, Bakuvi və Füzulidən bizə miras qalan zəngin tarixi-mədəni irs təkcə Azərbaycan xalqının deyil, bütün İslam aləminin ortaq sərvətidir. Türk dövlətlərinin, Qafqaz respublikalarının, Gürcüstan və Suriyanın dini liderlərinin paytaxtımızda bir araya gəlməsi Azərbaycanın regionda və İslam dünyasında oynadığı birləşdirici və barışdırıcı rolun əyani göstəricisidir. Qədim Qafqaz Albaniyası və Atabəylər dövlətinin varisi olan Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz tərkib hissəsi kimi bu gün mədəniyyətlərarası və dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir.
Dünyada 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumulduğunu hamımız yaxşı xatırlayırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığı, ATƏT-in Minsk qrupunun və bəzi Qərb təsisatlarının işğalı əbədiləşdirmək istədiyi bir şəraitdə Azərbaycan xalqı öz gücünə, ordumuzun rəşadətinə və dövlətimizin qətiyyətinə güvənərək ədaləti bərpa etdi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi etnik təmizləmə, Xocalı soyqırımı, viran edilmiş şəhər və kəndlərimiz, təhqir olunmuş 65 məscidimiz - bütün bunlar təkcə xalqımıza deyil, ümumiyyətlə İslam dininə və bəşəri dəyərlərə vurulmuş ağır zərbə idi.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə XXI əsrdə misilsiz bir presedent yaratdı. İşğalçı ordunu torpaqlarımızdan qovan, separatçılığın kökünü kəsən qalib Azərbaycan bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma möcüzəsi göstərir. İşğaldan azad edilmiş torpaqlarda ilk bərpa işlərinin məhz Ağdam məscidindən başlaması və bu günədək 12 məscidin yenidən inşa və bərpa olunması xalqımızın öz milli-mənəvi və dini dəyərlərinə olan sarsılmaz sədaqətinin göstəricisidir. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 48 şəhər və kənddə 90 mindən çox soydaşımızın məskunlaşması həyatın bu torpaqlara əbədi olaraq qayıtdığını sübut edir.
Ən diqqət çəkən məqamlardan biri də odur ki, müharibədə tam və mütləq qələbə qazanmış, qarşı tərəfi kapitulyasiya aktına imzaatmağa məcbur etmiş Azərbaycan dövləti nümayişkaranə şəkildə sülh gündəliyini seçdi. Müharibə dövründə də, ondan sonra da dinc əhaliyə qarşı heç vaxt mübarizə aparmayan xalqımız qisasını yalnız döyüş meydanında aldı. Prezident İlham Əliyevin uzaqgörənliklə addımladığı bu sülh xətti həm də bölgənin gələcəyini qan tökülməsindən, daimi qarşıdurmalardan sığortaladı. Təsadüfi deyil ki, dövlətimizin başçısına və Ermənistan rəhbərliyinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın bu müdrik və humanist sülh gündəliyinin beynəlxalq miqyasda ən yüksək səviyyədə təqdir olunmasının bariz nümunəsidir.
Bu gün dünyada, xüsusən də bəzi Qərb təsisatlarında - islamofobiyanın baş qaldırdığı, rüşvət və korrupsiya yuvasına çevrilmiş Avropa Parlamentində Azərbaycana və İslam dünyasına qarşı aparılan çirkin, qərəzli media kampaniyaları fonunda bizim yeganə cavabımız vahid birlik olmalıdır. Müqəddəs “Qurani-Kərim”ə qarşı edilən təhqirlər, müsəlman aləmini ləkələmək cəhdləri təsadüfi deyil, məqsədyönlü siyasətdir.
Cənab Prezidentin qeyd etdiyi kimi, gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü İslam aləminin bir ailə kimi birləşməsinə, qarşıdurmaların və anlaşılmazlıqların aradan qaldırılmasına böyük töhfə verəcəkdir. Biz bir daha əmin oluruq ki, Türk dünyası, Qafqaz və İslam aləmi bir yerdə olduqda heç bir xarici qüvvə bizə öz iradəsini diktə edə bilməz.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-09-2026
11:06 Bu il neçə üçəm doğulub?