Mobil versiya
Simeonedən “Qızıl top” üçün Messi çağırışı: Səbəbini açıqladı
Tarix: 16-09-2026 | Saat: 19:13
Bölmə:Özəl | çapa göndər

Simeonedən “Qızıl top” üçün Messi çağırışı: Səbəbini açıqladı




“Atletiko Madrid”in argentinalı baş məşqçisi Dieqo Simeone builki “Qızıl top” mükafatının Lionel Messiyə verilməli olduğunu bildirib.

Simeone fikrini 39 yaşlı futbolçunun Dünya Çempionatındakı çıxışı ilə əsaslandırıb: “Bu yaşda Dünya Çempionatında necə oynadığını nəzərə alsaq, ‘Qızıl top’ Leo Messiyə verilməlidir”.

Messi turnirdə 8 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentina millisi isə finalda İspaniyaya məğlub olaraq mundialı ikinci pillədə başa vurub.

Karyerası ərzində “Qızıl top”u 8 dəfə qazanan Messi bu mükafatın rekordçusudur. Simeonenin fikrincə, argentinalının yaşına baxmayaraq Dünya Çempionatında göstərdiyi yüksək səviyyəli oyun onu yenidən əsas namizədlərdən birinə çevirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026