Ana Sayfa > Özəl > Simeonedən “Qızıl top” üçün Messi çağırışı: Səbəbini açıqladı
Simeonedən “Qızıl top” üçün Messi çağırışı: Səbəbini açıqladıBu gün, 19:13. Yazar: vasif |
![]() “Atletiko Madrid”in argentinalı baş məşqçisi Dieqo Simeone builki “Qızıl top” mükafatının Lionel Messiyə verilməli olduğunu bildirib. Simeone fikrini 39 yaşlı futbolçunun Dünya Çempionatındakı çıxışı ilə əsaslandırıb: “Bu yaşda Dünya Çempionatında necə oynadığını nəzərə alsaq, ‘Qızıl top’ Leo Messiyə verilməlidir”. Messi turnirdə 8 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentina millisi isə finalda İspaniyaya məğlub olaraq mundialı ikinci pillədə başa vurub. Karyerası ərzində “Qızıl top”u 8 dəfə qazanan Messi bu mükafatın rekordçusudur. Simeonenin fikrincə, argentinalının yaşına baxmayaraq Dünya Çempionatında göstərdiyi yüksək səviyyəli oyun onu yenidən əsas namizədlərdən birinə çevirir. Geri dön |