ABŞ-dan Ukrayna ilə bağlı gözlənilməz plan – Donbass qarşılığında NATO üzvlüyü
Tarix: 20-11-2026 | Saat: 18:15
Bölmə:Özəl | çapa göndər

ABŞ rəsmilərinin Ukraynanın Donbassdan qoşunlarını çıxarması müqabilində NATO-ya üzvlüyü ilə bağlı mümkün razılaşma variantını müzakirə etdikləri iddia olunur.
“The Wall Street Journal” qəzetinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, əvvəllər real hesab edilməyən bu ssenari son aylarda ABŞ və Avropa nümayəndələri arasında keçirilən qapalı görüşlərdə bir neçə dəfə gündəmə gətirilib.
Nəşr bildirir ki, Cared Kuşner və Stiv Uitkoffun Avropa rəsmiləri ilə danışıqlarında Ukraynanın gələcək təhlükəsizlik statusu əsas müzakirə mövzularından biri olub.
İddiaya əsasən, Kuşner ötən həftə Dublin aerodromunda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa nümayəndələri ilə görüşdə də bu ehtimalı müzakirə edib. Oxşar təklifin Birləşmiş Ərəb Əmirliklərində aparılan danışıqlarda da səsləndirildiyi bildirilir.
Məlumata görə, Vaşinqton iki mümkün variantı nəzərdən keçirib.
Birinci ssenari Ukrayna qoşunlarının Donbassdan çıxarılması müqabilində ölkənin NATO-ya üzvlüyünü nəzərdə tutur.
İkinci variant isə hərbi əməliyyatların mövcud cəbhə xətti boyunca dayandırılması və Ukraynaya əlavə təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlıdır.
Bununla belə, tərəflər arasında ərazi məsələləri, təhlükəsizlik təminatları və mümkün sülh razılaşmasının şərtləri üzrə ciddi fikir ayrılıqları qalır.
Qeyd edək ki, sözügedən ssenarilər hələlik mətbuatda yayılan iddialara əsaslanır. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı yekun razılaşmanın əldə olunduğu açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026