Mobil versiya
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov
Tarix: 15-09-2026 | Saat: 14:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" -

Türk Dövlətləri Təşkilatının həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi önəmi var. Burada əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığımızın daha da mükəmməlləşdirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman xüsusi əhəmiyyət kəsb edir.

aia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan və Türkiyənin iştirakı ilə bir sıra önəmli əməkdaşlıq formatları mövcuddur. Bunların sırasında üçtərəfli və dördtərəfli formatları qeyd edə bilərik. Misal üçün, Azərbaycan–Türkiyə–Gürcüstan, Azərbaycan–Türkiyə–Özbəkistan, Azərbaycan–Türkiyə–Pakistan və bir sıra digər formatları göstərmək mümkündür. COP29 sədri olaraq ölkəmiz yaxın zamanda COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir”, - deyə nazir əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026