Mobil versiya
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
Tarix: 12-09-2026 | Saat: 09:15
Bölmə:Siyasət | çapa göndər

Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür


ABŞ-nin Azərbaycandakı səfirliyi 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı açıqlama yayıb.

Səfirliyin kollektivi 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror hücumları və onların nəticələri səbəbindən həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad edib.

Açıqlamada terror aktlarının qurbanları və onların ailələri, fövqəladə xidmət əməkdaşları, eləcə də həmin faciədən sonra həyatı dəyişən insanların xatırlandığı bildirilib.

Səfirlik 11 sentyabr hücumlarından sonra dünyanın bir çox ölkəsinin, o cümlədən Azərbaycanın ABŞ ilə həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.

“Amerikalı və azərbaycanlı hərbçilər Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq”, – deyə səfirliyin açıqlamasında bildirilir.

Bəyanatda qeyd olunur ki, 25 il əvvəl terrorçular ABŞ-yə hücum edərək Amerikanın həyat tərzini təhlükə altına almağa çalışsalar da, məqsədlərinə çata və Amerika xalqının iradəsini sındıra bilməyiblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026