Hotel işçisini söydü, TUTULDU
Tarix: 11-09-2026 | Saat: 13:58
Bölmə:Ölkə | çapa göndər

Bakının Səbail rayonunda hoteldə səs-küy salan qadın həbs edilib.
aia.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən otellərdən birində baş verib.
Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü A.Fətullayeva hoteldə mübahisə yaradıb, orada işləyən Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.
Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, məlum hadisə günü, səhər saat 04:46 radələrində işlədiyi hoteldə üç nəfər yaxınlaşıb:
"Xanımlardan biri spirtli içki təsiri altında hoteldə səs-küy salmağa başladı. Onların hotelə bu vəziyyətdə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman xanım şəxsiyyətimə qarşı qeyri-etik küçə söyüşləri işlətdi".
Təqsirli bilinən A.Fətullayeva isə izahatında özünü təqsirli bilib. O, hoteldə sərxoş halda olduğundan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu deyib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Fətullayeva 10 gün müddətinə inzibati qaydada həbs edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-09-2026