“Qalatasaray”ı seçmədi, 70 milyon avroya “Əl-Hilal”a getdi
Tarix: 04-09-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Braziliya millisinin futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 25 yaşlı vinger İngiltərənin “Arsenal” klubundan “Əl-Hilal”a transfer olunub.
Martinelli yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Arsenal”ın bu transferdən 70 milyon avro əldə edəcəyi bildirilir. Bununla da braziliyalı futbolçunun keçidi London klubunun ən bahalı satışlarından biri kimi tarixə düşür.
2019-cu ildən “Arsenal”da çıxış edən Martinelli klubun heyətində 278 oyunda 62 qol vurub və 36 məhsuldar ötürmə edib. O, London təmsilçisi ilə İngiltərə kubokunun qalibi olub, 2026-cı ildə isə Premyer Liqa çempionluğu yaşayıb və Çempionlar Liqasının finalında iştirak edib.
Braziliya millisində 27 oyuna çıxaraq 5 qol vuran Martinelli 2022 və 2026-cı il dünya çempionatlarında da ölkəsini təmsil edib.
Beləliklə, bir müddət “Qalatasaray”la da adı hallanan braziliyalı ulduzun yeni ünvanı müəyyənləşib: Martinelli Avropa futbolundan ayrılaraq “Əl-Hilal”ın yolunu tutub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2026