Ana Sayfa > Özəl > “Qalatasaray”ı seçmədi, 70 milyon avroya “Əl-Hilal”a getdi
“Qalatasaray”ı seçmədi, 70 milyon avroya “Əl-Hilal”a getdiBu gün, 19:00. Yazar: vasif |
![]() Braziliya millisinin futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 25 yaşlı vinger İngiltərənin “Arsenal” klubundan “Əl-Hilal”a transfer olunub. Martinelli yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Arsenal”ın bu transferdən 70 milyon avro əldə edəcəyi bildirilir. Bununla da braziliyalı futbolçunun keçidi London klubunun ən bahalı satışlarından biri kimi tarixə düşür. 2019-cu ildən “Arsenal”da çıxış edən Martinelli klubun heyətində 278 oyunda 62 qol vurub və 36 məhsuldar ötürmə edib. O, London təmsilçisi ilə İngiltərə kubokunun qalibi olub, 2026-cı ildə isə Premyer Liqa çempionluğu yaşayıb və Çempionlar Liqasının finalında iştirak edib. Braziliya millisində 27 oyuna çıxaraq 5 qol vuran Martinelli 2022 və 2026-cı il dünya çempionatlarında da ölkəsini təmsil edib. Beləliklə, bir müddət “Qalatasaray”la da adı hallanan braziliyalı ulduzun yeni ünvanı müəyyənləşib: Martinelli Avropa futbolundan ayrılaraq “Əl-Hilal”ın yolunu tutub. Geri dön |