Mobil versiya
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb -Fotolar
Tarix: 03-09-2026 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Qazaxıstanda səfərdədir.
Səfərin məqsədi Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı, ölkəmizin sağlamlıq turizmi imkanlarının təbliği, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsidir.

Səfər çərçivəsində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycan-Qazaxıstan əlaqələrinin dövlət başçıları - cənab İlham Əliyev və cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi və birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf etdiyini vurğulayıb, dostluq və qardaşlığa əsaslanan münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Eyni zamanda dövlətimiz tərəfindən ictimai təsisatların səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait vurğulanıb, ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, əmək hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, eləcə də rəqəmsal imkanların artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

Görüşdə AHİK-in həmkarlar ittifaqları üzvlərinə təqdim etdiyi elektron xidmətlər, e-ahik Elektron Rezervasiya platforması, rəqəmsallaşmanın sürətləndirilməsi prosesində süni intellektin tətbiqi ilə bağlı təqdimatlar keçirilib, sağlamlıq və istirahət mərkəzlərində şəraitin yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən bəhs olunub.
Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib, iki dost ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişafının, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər həmkarlar ittifaqları arasında təhsil, sağlamlıq turizmi və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıblar.

Görüşün sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrasına dair “2026-2028-ci illər üçün Yol xəritəsi” imzalanıb.

Sənəd özündə iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafı istiqamətlərini, birgə layihə və təşəbbüslərin həyata keçirilməsini ehtiva edir.

Səfər çərçivəsində AHİK nümayəndələri həmçinin “Qazaxıstan Dəmir Yolu, Avtomobil, Hava və Su Nəqliyyatı İşçilərinin Sahə Peşəkar Həmkarlar İttifaqı” İctimai Birliyinin və ilk həmkarlar ittifaqlarının rəhbərləri ilə də görüşüb, “Қазақстан Теміржолшысы” qəzetinin fəaliyyəti ilə tanış olublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2026