Mobil versiya
“Real”ın müdafiəçisi saxlanıldı
Tarix: 02-09-2026 | Saat: 17:15
Bölmə:İdman | çapa göndər

“Real”ın müdafiəçisi saxlanıldı

Madrid “Real”ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

aia.az lent.az-a istinadla xəbər verir ki, hadisə avqustun 16-da Kanar adalarında qeydə alınıb.

23 yaşlı futbolçu “Porşe” markalı avtomobillə Qran-Kanariyanın cənubundakı kurort zonasına gedərkən polis əməkdaşları tərəfindən sənədlərinin yoxlanılması üçün saxlanılıb.

Yoxlama zamanı Asensionun nəfəsindəki spirt səviyyəsinin 0,90 mq/l olduğu müəyyən edilib. İcazə verilən hədd isə 0,25 mq/l təşkil edir.

Hadisədən bir neçə gün sonra futbolçu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu yol hərəkəti təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilib.

Raul Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026