Ana Sayfa > İdman > “Real”ın müdafiəçisi saxlanıldı
“Real”ın müdafiəçisi saxlanıldıBu gün, 17:15. Yazar: Subhan |
![]() Madrid “Real”ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib. aia.az lent.az-a istinadla xəbər verir ki, hadisə avqustun 16-da Kanar adalarında qeydə alınıb. 23 yaşlı futbolçu “Porşe” markalı avtomobillə Qran-Kanariyanın cənubundakı kurort zonasına gedərkən polis əməkdaşları tərəfindən sənədlərinin yoxlanılması üçün saxlanılıb. Yoxlama zamanı Asensionun nəfəsindəki spirt səviyyəsinin 0,90 mq/l olduğu müəyyən edilib. İcazə verilən hədd isə 0,25 mq/l təşkil edir. Hadisədən bir neçə gün sonra futbolçu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu yol hərəkəti təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilib. Raul Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib. aia.az Geri dön |