Mobil versiya
Bakıda ətin qiyməti yenidən qalxdı: Sümüksüz mal əti 23 manata çatdı
Tarix: 02-09-2026 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər

Bakıda ətin qiyməti yenidən qalxdı: Sümüksüz mal əti 23 manata çatdı



Bakıda mal ətinin satış qiymətində artım müşahidə olunur. Paytaxtın bəzi satış məntəqələrində qiymətlərin əvvəlki dövrlə müqayisədə yüksəldiyi bildirilir.
Hazırda sümüklü mal ətinin bir kiloqramı 19 manata, sümüksüz mal ətinin qiyməti isə 23 manata qədər yüksəlib.
Satıcılar bahalaşmanın əsas səbəblərindən biri kimi bazarda kəsim üçün heyvan təklifinin azalmasını göstərirlər. Heyvan sayının azalmasının alış qiymətlərinə, bunun isə son nəticədə pərakəndə satış qiymətinə təsir etdiyi bildirilir.
Qiymət artımının bütün satış məntəqələrini eyni səviyyədə əhatə edib-etmədiyi və bahalaşmanın davam edib-etməyəcəyi isə hələlik məlum deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026