Palma yağı zərərlidir, yoxsa haqsız yerə “günah keçisi” seçilib?
Tarix: 26-08-2026 | Saat: 17:11
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda süd və süd məhsullarının keyfiyyəti, eləcə də qida məhsullarında palma yağından istifadə məsələsi yenidən gündəmə gəlib. Xüsusilə sosial şəbəkələrdə fermerlərin südü ucuz qiymətə satmaq məcburiyyətində qalması ilə bağlı yayılan görüntülər bu sahədəki problemlərlə bağlı müzakirələri daha da qızışdırıb.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Musavat.com-a açıqlamasında sosial şəbəkələrdə rastlaşdığı bir videodan danışaraq südün emal prosesində palma yağından istifadə edilməsi ilə bağlı fikirlər səsləndirib.
“Bu günlərdə sosial şəbəkələrdə bir video görmüşdüm. Sahibkar deyir ki, südün 3 litrini 45 qəpiyə alırlar və südü yerə tökür ki, satmayacaq. Əslində, o fermerin tökdüyü südü ondan alıb, yağlılığını palma yağı vasitəsilə artırırlar. Yəni həmin südün tərkibinə palma yağı qarışdırıb 70 dərəcəyə qədər qızdırırlar və sentrifuqa aparatında qarışdırıb bircinsli maddə əmələ gətirirlər. Əslində, buna süd demək olmaz. Həmin maddənin tərkibində də, sözsüz ki, süd turşuları var və ondan qatıq, xama, dondurma hazırlayırlar. Bu da məlum olduğu kimi, zərərli bir maddədir”, – deyə o bildirib.
Akif Nəsirlinin sözlərinə görə, palma yağından xüsusilə şirniyyat sənayesində geniş istifadə edilməsinin əsas səbəblərindən biri onun məhsula forma verməsi və daha uzun müddət saxlanmasına imkan yaratmasıdır.
“Azərbaycanda bu yağdan şirniyyatların hamısında ona görə istifadə olunur ki, o, xəmirə, şirniyyata forma verir. Həmin yağlar məhsulun uzun müddət bütöv qalmasını təmin edir. Bu da insanların sağlamlığına ciddi şəkildə zərər vurur. Qiyməti 7-8, 10 manat olan və kərə yağı adı altında satılan yağların 99 faizi palma yağı tərkiblidir”, – deyə ekspert iddia edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Musavat.com-a açıqlamasında palma yağı ilə bağlı məsələyə fərqli aspektdən yanaşıb. Onun sözlərinə görə, palma yağı iki formada əldə olunur: meyvənin lətindən və toxumundan. Toxumdan hazırlanan palma yağı əsasən texniki məqsədlər və parfümeriya sənayesində istifadə edilir. Meyvənin lətindən alınan yağ isə qida məqsədilə istifadə olunan bitki yağıdır.
“Bu yağlar əsasən müsəlman ölkələrində — İndoneziya və Malayziyada istehsal edilir. Ucuz başa gələn palma yağının MDB, Avropa və ABŞ bazarlarına daxil olmasının qarşısını almaq üçün həmin ölkələrdə ciddi media təzyiqi mövcuddur və istehlakçılar bundan çəkindirilir”, – deyə Eyyub Hüseynov bildirib.
O, palma yağının istehsalı ilə bağlı meşələrin məhv edilməsi barədə yayılan məlumatların da mübahisəli olduğunu deyib:
“Hətta son illərdə Avropada belə bir təbliğat aparılır ki, guya bu ölkələrdə palma ağacları qırılır və meşələr yox olur. Lakin bu, həqiqətə uyğun deyil; palma ağacları onların dolanışıq mənbəyidir, kəsildikcə yerinə yeniləri əkilir və bu sahə inkişaf etdirilir”.
Eyyub Hüseynov qida üçün nəzərdə tutulan palma yağının adi bitki yağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas problem məhsulun tərkibində palma yağının olub-olmamasından daha çox bunun istehlakçıya necə təqdim edilməsidir.
“Qida üçün nəzərdə tutulan palma yağı normal bitki yağıdır. Lakin o, bazara ucuz qiymətə daxil olaraq digər yağları sıxışdırdığı üçün ona qarşı belə bir ictimai təzyiq formalaşdırılır. Təsadüfi deyil ki, Mərkəzi Avropada, məsələn, İsveçrədə istehsal olunan körpə qidalarının tərkibində də palma yağı var və bu, qablaşdırmada açıq qeyd olunur”, – deyə birlik sədri bildirib.
Eyyub Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyini narahat edən əsas məqam ölkəyə gətirilən palma yağının hansı məhsullarda istifadə olunmasının etiketlərdə dəqiq göstərilməməsidir.
“İki il əvvəl Qida Təhlükəsizliyi Agentliyinə konkret məhsul adları təqdim etmişdik. Həmin məhsulların üzərində sadəcə “bitki yağı” yazılır. Əgər tərkibində palma yağıdırsa, bu, açıq şəkildə “palma yağı” kimi qeyd olunmalı və istehlakçı dəqiq məlumatlandırılmalıdır”, – deyə o qeyd edib.
Birlik sədri kərə yağının dünya bazarında bahalaşmasına da diqqət çəkib. Onun sözlərinə görə, məhsulun qiymətinin yüksək olması Azərbaycanda istehlakçıların seçimlərinə də təsir göstərir.
“Dünya bazarında kərə yağının qiymətində artım tendensiyası davam edir. Şükür etmək lazımdır ki, Çin və Hindistandakı milyarddan çox vegetarian əhali kərə yağı istifadə etmir. Əgər onlar kərə yağı yeməyə başlasalar, onun kiloqramı 200 manatdan aşağı düşməz”, – deyə Hüseynov bildirib.
O əlavə edib ki, Azərbaycanda kərə yağının baha olması insanların bu məhsula tələbatını azaldır və nəticədə bitki yağlarına üstünlük verilir:
“Bitki yağları haqqında da müxtəlif müsbət və mənfi rəylər var, bəzi insanlar bu tendensiyaya uyğun seçim edirlər. Bizim əsas tələbimiz budur: qida üçün nəzərdə tutulan palma yağı hansı məhsula əlavə olunursa, etiketdə dəqiq qeyd edilsin. Qida Təhlükəsizliyi Agentliyi bu məsələni həll etməli, istehlakçıların məlumat almaq hüququnu təmin etməlidir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026