Mobil versiya
İrəvanda Sarkisyana qarşı sərt addım – Ölkədən çıxışı qadağan edildi
Tarix: 26-08-2026 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər

İrəvanda Sarkisyana qarşı sərt addım – Ölkədən çıxışı qadağan edildi



Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsinə qadağa qoyulub. Qərar Ermənistanın Anti-Korrupsiya Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində qəbul edilib.
Məlumata görə, sözügedən işdə Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryanın da adı keçir.
İstintaq çərçivəsində indiyədək üç nəfərin həbs edildiyi, daha bir şəxsin isə ev dustaqlığına buraxıldığı bildirilir.
Ev dustaqlığına buraxılan şəxs 1999–2009-cu illərdə hökumət bağlarının təsərrüfat müdiri vəzifəsində çalışmış Aramais Voskanyandır. Onun həyat yoldaşı və iki qızının isə həbs olunduğu qeyd edilir.
Serj Sarkisyana tətbiq edilən ölkədən çıxış qadağasının hansı müddətədək qüvvədə qalacağı barədə hələlik əlavə məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026