Mobil versiya
Pepe yeni klubu ilə anlaşdı
Tarix: 05-04-2017 | Saat: 15:03
Bölmə:İdman | çapa göndər

Pepe yeni klubu ilə anlaşdı



"Real"ın müdafiəçisi Pepenin yeni komandası bəlli olub.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu mövsümün sonunda Avropanı tərk edəcək.

"Kral klubu" ilə yayda müqavilə müddəti başa çatacaq 34 yaşlı oyunçu "Mançester Siti" və PSJ-dən təklif almasına baxmayaraq, Çinə köçmək qərarına gəlib. Çünki bu ölkənin "Xebey Çayna Forçun" klubunun təklifi daha cəlbedici olub. Çinlilərin ilinə 12 milyon avroluq maaş təklifinə müsbət cavab verən Pepe onlarla ilkin razılıq əldə edib. Bu keçiddə "Xebey Çayna Forçun"u sabiq "Real"lı Manuel Pelleqrininin çalışdırması da önəmli rol oynayıb.

Qeyd edək ki, 2007-ci ildə "Porto"dan 30 milyon avroya transfer edilən Pepe "Real"ın heyətində 333 oyunda iştirak edib, 14 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024