Ana Sayfa > İdman > Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldı
Nəriman Axundzadə “Qalatasaray”la oyunda sarı vərəqə aldıBu gün, 08:52. Yazar: vasif |
![]() Türkiyə Super Liqasının 2-ci turunda “Qalatasaray” səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib. “aia.az” xəbər verir ki, İstanbul təmsilçisinin qələbə qollarını Roland Sallai, Yunus Akgün və Viktor Osimhen vurub. Sallai 12-ci dəqiqədə hesabı açıb, Yunus Akgün 20-ci dəqiqədə fərqi iki topa çatdırıb. Osimhen isə ilk hissənin son dəqiqəsində və 80-ci dəqiqədə fərqlənərək dubl edib. Matçda “Ərzurumspor”un azərbaycanlı futbolçusu Nəriman Axundzadə də meydana çıxıb. Hücumçu qarşılaşmanın 84-cü dəqiqəsində sarı vərəqə alıb. Bu qələbədən sonra Okan Burukun komandası xallarını 4-ə çatdırıb. Liqaya yeni yüksələn “Ərzurumspor” isə ikinci turdan sonra xalsız qalıb. Geri dön |