Mobil versiya
"Kim deyir ki, mən yığmaya qayıda bilmərəm?"
Tarix: 03-04-2017 | Saat: 11:33
Bölmə:İdman | çapa göndər

"Kim deyir ki, mən yığmaya qayıda bilmərəm?"



Lopeteqi ilə çoxdan tanışıq. Onunla söhbətdə mənə millinin əsas qapıçısının David de Xea olacağını demişdi.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Porto" klubunun qolkiperi İker Kasilyasa məxsusdur.

Ölkəsinin mətbuatına açıqlama verən 35 yaşlı çərçivə qoruyucusu yığma karyerası barədə danışıb. Kasilyas İspaniya millisi ilə vidalaşmadığını və baş məşqçi Xulen Lopeteqidən dəvət gözlədiyini bildirib:

"Layiqəmsə, yığmaya qayıtmaq istərdim. Mən heç vaxt deməmişəm ki, milli ilə vidalaşmışam. Dəvət gözləyirəm. Kim deyir ki, mən İspaniya yığmasına qayıda bilmərəm?"

Qeyd edək ki, 2000-ci ildə İspaniya yığmasında debüt edən Kasilyas millidə 167 oyun keçirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024