Eks-nazirdən SON DƏQİQƏ Zəngəzur dəhlizi AÇIQLAMASI
Tarix: 09-08-2026 | Saat: 17:03
Bölmə:Karusel / Siyasət / Manşet | çapa göndər

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh yolunda tarixi dönüş yaradan görüşdən bir il ötür. 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən sammit Cənubi Qafqazda uzun illər davam edən münaqişənin həlli istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Məhz bu tarixi görüşün birinci ildönümündə Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutması isə xüsusi siyasi məna daşıyır. Üstəlik, 40 dəqiqədən çox davam edən söhbətin məhz Donald Trampın təşəbbüsü ilə keçirilməsi Vaşinqtonun regiondakı sülh prosesinə və Azərbaycanla strateji münasibətlərə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Telefon danışığında ötən bir ilin nəticələri, Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, TRIPP layihəsinin icrası, eləcə də Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflərin ötən bir il ərzində regionda sülh və sabitliyin qorunmasını, sülh prosesinə xələl gətirə biləcək hər hansı insidentin baş verməməsini xüsusi vurğulaması isə Vaşinqton razılaşmasının praktiki nəticələrinin qiymətləndirilməsi baxımından diqqətçəkəndir.
Vaşinqton anlaşmasından ötən bir il ərzində diqqət çəkən əsas istiqamətlərdən biri əlbəttə ki, Zəngəzur dəhlizi və onun daha geniş regional layihə kimi nəzərdə tutulan TRIPP çərçivəsində reallaşdırılmasıdır. Azərbaycanı Naxçıvanla birləşdirəcək bu nəqliyyat xətti yalnız iki hissə arasında maneəsiz əlaqənin təmin edilməsi baxımından deyil, həm də Cənubi Qafqazın nəqliyyat xəritəsinin dəyişdirilməsi, regionun beynəlxalq ticarət marşrutlarına daha sıx inteqrasiyası və yeni iqtisadi imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişdiyi əsas tranzit mərkəzlərdən birinə çevrilə bilər. Dəhlizin Orta Dəhlizin mühüm seqmentinə çevrilməsi isə Azərbaycanın tranzit imkanlarını və geosiyasi əhəmiyyətini daha da artırmaqla yanaşı, region ölkələri üçün də yeni gəlir və investisiya imkanları yarada bilər.
Mövzu ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a danışıb:
"Ötən il baş tutan Vaşinqton sammiti böyük hadisədir və onun çox müsbət nəticələri var. Amma bu prosesi təhlil edərkən hesab edirəm ki, bəzi məqamları narahatlıq doğuran faktorlar kimi də nəzərdən keçirməliyik. Keçən ilin hadisələrini yada salsaq, görəcəyik ki, Ermənistanın baş nazirinə belə bir "ev tapşırığı" verilməsi ilə bağlı fikirlər səslənib. Belə bir fikir də ifadə olunmuşdu ki, ötən ilin sonunadək hüquqi və digər hazırlıq işləri tamamlanacaq. Amma təəssüf ki, biz bunu görmədik. Həmçinin, TRIPP layihəsi ilə əlaqədar müxtəlif hadisələr baş verdi. Açıq şəkildə göründü ki, bu layihə ilə bağlı Rusiyanın bir neçə bəyanatı və siyasi addımı oldu. Bunların arasında ilk reaksiya ondan ibarət idi ki, bu layihə həm Ermənistanın, həm də digər region ölkələrinin marağındadır. Hətta belə bir məlumat da yayıldı ki, bu mövzu Tramp və Putin arasında telefon danışığı zamanı müzakirə olunub. Daha sonra yeni bir məlumat yayıldı. Rusiya rəsmiləri vasitəsilə israrla bəyan edilirdi ki, bu dəmir yolu Rusiyaya məxsus "Rusiya Dəmir Yolları" şirkətinin idarəçiliyindədir. Dəfələrlə səsləndirildi ki, bu bölgəni nəzarət altında saxlayan Rusiyanın sərhədçiləridir. Ümumiyyətlə, prosesdə ləngimə daha da davam edirdi. Yeni ilin gəlişindən sonra da gördük ki, ABŞ dövlət katibinin gözlənilmədən İrəvana səfəri oldu. Bəzi şərhçilər bu səfəri onunla əlaqələndirirdilər ki, Ermənistana birbaşa təzyiq göstərilirdi və TRIPP layihəsi icra olunmalıdır. Şəxsən mən isə o fikirdə idim ki, İrəvanın Moskva ilə bu mövzunu müzakirə etməsi Vaşinqton tərəfindən o qədər də müsbət qarşılanmadı. İndi biz görürük ki, seçkilərdən sonra ikinci mərhələ başlayıb. Bu mərhələ onunla bağlıdır ki, icraçı sədr qismində Konstantin Sokolov adlı bir ABŞ vətəndaşı fəallıq göstərməyə başlayıb. Ötən həftə onun və Dövlət Departamentinin köməkçisinin Ermənistana səfəri baş tutub".
Tofiq Zülfüqarov vurğulayıb ki, Vaşinqton sammitindən sonra keçən müddət ərzində Azərbaycan öz tərəfindən sülh addımları atmaqda davam edir:
"Azərbaycandan artıq həm yanacaq, həm də digər malların tranziti həyata keçirilir. Amma Ermənistan tərəfindən ləngitmə siyasəti davam etdirilir. Paşinyanın bu siyasətini ört-basdır etmək üçün Birləşmiş Ştatlara pafoslu mətnlə ifadə olunan bir bəyanatı oldu. Amma əsas məsələ budur: bunun arxasında real addımlar olacaq, yoxsa yox? Azərbaycan üçün bu, prinsipial məsələdir. Çünki Azərbaycanın məqsədi açıq şəkildə bəyan olunub. Bu məqsəd vaxtilə 10 noyabr bəyanatının 9-cu bəndində də öz əksini tapıb. Azərbaycanın məqsədi təhlükəsizliyin təmin olunması və heç bir maneə olmadan öz ərazisi ilə, yəni Azərbaycanın əsas hissəsiylə Naxçıvan arasında əlaqənin yaradılmasıdır. Biz görürük ki, Ermənistan həm öz millətçi qüvvələri tərəfindən, həm də qapalı olsa da, Rusiya tərəfindən bu layihəni ləngitmək taktikasını seçib və məsələni uzatmaq siyasəti həyata keçirir. İstisna etmirəm ki, bu uzatma siyasəti noyabr ayınadək davam edəcək. Çünki noyabr ayında ABŞ-də Konqres seçkiləri olacaq. Bu baxımdan, layihənin tərəfdarı olmayan qüvvələr ümid edirlər ki, Respublikaçılar və Tramp Konqresin dəstəyinə nail ola bilməyəcək. Onlar ermənipərəst konqresmenlər vasitəsilə bu layihəni gündəmdən çıxarmaq, yaxud unutdurmaq siyasətini davam etdirəcəklər. Hesab edirəm ki, bu, çox təhlükəli siyasətdir. Amma Azərbaycanın məqsədi açıq şəkildə bəyan olunub. Əminəm ki, ya Ermənistanın konstruktiv mövqeyi ilə, ya da Ermənistansız Zəngəzur dəhlizi məsələsi öz həllini tapacaq".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-08-2026