Mobil versiya
Bu gün imtahan var
Tarix: 02-08-2026 | Saat: 10:00
Bölmə:Təhsil | çapa göndər

Bu gün imtahan var


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

“aia.az”ın məlumatına görə, DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq, saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026