Mobil versiya
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
Tarix: 20-07-2026 | Saat: 17:37
Bölmə:Təhsil | çapa göndər

Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək

2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi iyulun 21-də başlayır.

aia.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına əsasən, valideynlər iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.

Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.

Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.

MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026