Mobil versiya
Rusiyadan AZAL-la bağlı AÇIQLAMA
Tarix: 29-06-2026 | Saat: 17:37
Bölmə:Manşet / Gündəm | çapa göndər

Rusiyadan AZAL-la bağlı

Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər.

aia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Amma başa düşdüyünüz kimi, bu məsələlər dəhşətli faciə yaşamış, düzəlməz itki vermiş konkret insanlara aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim", - Qaluzin bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Aviaqəza nəticəsində 38 nəfər həyatını itirib.

İlkin istintaq materiallarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026