Mobil versiya
"Azərikard"dan kart hesablarındakı problemlə bağlı - AÇIQLAMA
Tarix: 24-06-2026 | Saat: 17:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Azərikard"dan kart hesablarındakı problemlə bağlı -


Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.

aia.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2026