Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Tarix: 23-06-2026 | Saat: 12:44
Bölmə:Gündəm | çapa göndər

Bəzən elə adamlar ortaya çıxır ki, insan istər-istəməz təəccüblənir. Yağışdan sonra bitən göbələklər kimi birdən-birə peyda olub, məsələni dərindən araşdırmadan, sağa-sola baxmadan hər mövzuda hökm verməyə başlayırlar.
Son günlər Suraxanı rayonunda yaranmış su problemi ilə bağlı AĞ Partiyasının sözçüsü Cavanşir Abbaslının səsləndirdiyi fikirlər də məhz belə təsir bağışlayır. Yay aylarında su təminatında müəyyən çətinliklərin yaranması yeni hal deyil. Vətəndaşlar narazıdırsa, bunun üçün aidiyyəti qurumlar mövcuddur. Problemin həlli ilə məşğul olan qurumlara müraciət etmək, onların fəaliyyətini haqlı şəkildə tənqid etmək hər kəsin haqqıdır.
Amma adamı təəccübləndirən başqa məqamdır. Su təchizatı məsələsinə cavabdeh qurum və vəzifəli şəxslər bəlli olduğu halda, Cavanşir Abbaslı niyə hədəf kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Aliyevi seçir?
Ortada sadə bir sual var, əgər problem su təchizatı ilə bağlıdırsa, niyə tənqid ünvanı bu sahəyə cavabdeh olan qurumun rəhbəri deyil? Niyə ADSEA nin sədri Zaur Mikayılovun adı çəkilmir, amma məsələ ilə birbaşa əlaqəsi olmayan icra başçısının "Adil Əliyevin tutduğu vəzifədən kənarlaşdırılmalı" olduğunu söyləyir.
Bu yanaşma ya məsuliyyət bölgüsünü bilməməkdən, ya da populizm naminə reallığı kənara qoymaqdan xəbər verir. Çünki dövlət idarəçiliyində hər sahənin öz cavabdeh qurumu və məsul şəxsi var. Su təchizatı problemini araşdırmadan, aidiyyəti olmayan şəxsləri hədəfə çevirmək nə problemin həllinə xidmət edir, nə də obyektiv mövqe sayıla bilər.
Cavanşir Abbaslı deyir ki, qaynar xətlərə edilən zənglər cavabsız qalır. Əgər doğrudan da belədirsə, ilk növbədə həmin qurumların fəaliyyəti tənqid olunmalıdır. Qaynar xəttdən cavab ala bilməyən adamın birbaşa icra başçısının istefasını tələb etməsi isə məntiqdən çox emosiyaya bənzəyir.
Aidiyyəti olmayan şəxsləri hədəfə çevirmək nə vətəndaşın problemini həll edir, nə də ictimai fayda verir.
Arzuman Loğmanoğlu
Sozcu.info
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-06-2026
12:55 Sabah yağış yağacaq