Mobil versiya
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
Tarix: 25-11-2026 | Saat: 09:33
Bölmə:Gündəm | çapa göndər

AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!

Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyasını elan edir. 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Bu barədə aia.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

1–20 dekabr 2026-cı il
10 yanvar – 28 fevral 2027-ci il
1–30 aprel 2027-ci il

Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.

Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə