Mobil versiya
Axtarılan 2-ci sinif şagirdinin - Meyiti körpü altında tapıldı
Tarix: 24-11-2026 | Saat: 23:10
Bölmə:Ölkə | çapa göndər

Axtarılan 2-ci sinif şagirdinin -


Yardımlı rayonunda evə qayıtmayan şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

“aia.az” xəbər verir ki, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının cansız bədəni kənd ərazisində yerləşən körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması və suda boğulması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026