Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" "Barselona"nı qəbul edir
Tarix: 25-11-2026 | Saat: 09:16
Bölmə:İdman | çapa göndər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
aia.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.
Liqa mərhələsinin V turunun qarşılaşması Bakı Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.
Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
"Sabah" hazırda 3 xalla 30-cı yerdədir. İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) (1:2) və Norveçin "Vikinq" komandasına (1:4) uduzan Azərbaycan təmsilçisi III turda "Slaviya"ya (Çexiya) qalib gəlib - 2:0.
"Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb. Kataloniyalılar daha əvvəl İngiltərənin "Aston Villa" (3:0), Türkiyənin "Qalatasaray" (4:1) və Niderlandın "Feyenoord" (5:1) klubunu məğlub edib. "Barselona" yeganə məğlubiyyətini II turda Fransada PSJ ilə görüşdə alıb - 2:4.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026
07:59 Kəlbəcər Şəhəri Günüdür
24-11-2026